ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şəkiyə səfər edib.
Manset.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi “X” hesabında məlumat verilib.
“Şəkiyə ilk səfərimizdə Danusiya ilə mən gözəl Şəki xan sarayını və karvansaranı görüb zövq aldıq. İstedadlı yerli ustalarla tanış olduq və əlbəttə ki, Şəki mətbəxinin ləziz təamlarını da çox bəyəndik!”, – deyə məlumatda qeyd edilib.