“Yuventus” son anda məğlub oldu - VİDEO

23:30 - 30 Mart 2024

“Yuventus” son anda məğlub oldu - VİDEO

İtaliya A Seriyasında 30-cu turun növbəti oyunları keçirilir.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, onlardan birində Roma “Latsio”su öz meydanında Turin “Yuventus”unu qəbul edib.

Meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.

Romalılara qələbəni 90+3-cü dəqiqədə Adam Marusiçin dəqiq zərbəsi gətirib.

Bu nəticədən sonra “Latsio” 46 xalla yeddinci pilləyə yüksəlib. “Yuve” isə 59 xalla üçüncüdür.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin