Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində, dəniz sahilində uşaq meyitinin aşkar edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
Manset.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirib.
13:22
Sumqayıtda dəniz sahilində uşaq meyiti tapılıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, meyit Zeynalabdin Tağıyev adına qəsəbədə dəniz sahilində aşkarlanıb.
Meyitin 6 aylıq uşağa aid olduğu bildirilir, lakin meyitin əraziyə hansı şəraitdə və kim tərəfindən atıldığı məlum deyil.
Fakt araşdırılır.