“Atası gəzməyə apardığını demişdi” - VİDEO

09:42 - 1 Aprel 2024

“Atası gəzməyə apardığını demişdi” - VİDEO

Xəbər verdiyimiz kimi, Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində dəniz sahilində 1 yaş 4 aylıq Zeynəb Yeşilin meyiti aşkarlanıb. Araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Manset.az xəbər verir ki, hadisə ilə bağlı Baku TV-yə danışan uşağın nənəsi Azadə Abdullayeva bildirib ki, atası azyaşlını gəzməyə apardığını deyib: “Amma onları uzun müddət gözləsək də, gəlib çıxmadılar. O, telefon zənglərimizə də cavab verməyib. Fikirləşdik ki, yəqin acıq edərək uşağı dostunun yanına aparıb”.

Nənə ailədaxili söz-söhbətin olmadığını da vurğulayıb: “Onun beynində nə olduğunu isə bilmirik”.

Qeyd edək ki, Z.Yeşil A.Abdullayevanın qızının övladıdır. Qızının əri isə türkiyəlidir. Onun sözlərinə görə, övladı Türkiyədə Yeşil Ahmet Turanla dini və rəsmi nikaha girib.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin