Əfqanıstanın Qəzni əyalətində Sovet İttifaqının Əfqanıstanı işğalı dönəmindən qalma bir minanın partlaması nəticəsində 9 uşaq həyatını itirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Qəzni Mədəniyyət və İnformasiya Müdiri Molla Həmidullah Nisar bildirib.
Nisar partlayışın uşaqların partlamamış mina ilə oynadığı zaman baş verdiyini qeyd edərək, hadisə nəticəsində 5-i qız olmaqla 9 uşağın həyatını itirdiyini bildirib.
Qeyd edək ki, 1979-1989-cu illərdə Əfqanıstanı işğal edən Sovet İttifaqı və onun o zaman dəstəklədiyi Əfqanıstan hökuməti üsyançılarla mübarizə aparmaq üçün kənd yerlərində minalar yerləşdirib.
Bu minalar çoxlu uşaqların ölümünə və əlil olmasına səbəb olub.
Əfsanə Rəcəb
Manşet.az