44 nömrəli forma istehsalı qadağan olundu

18:00 - 1 Aprel 2024

44 nömrəli forma istehsalı qadağan olundu

Almaniya millisinin texniki sponsoru olan "Adidas" komandanın 44 nömrəli formasını istehsal etməyəcək.

 

Manset.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. "Adidas"ın qərarına səbəb 44 rəqəminin nasizm simvolu ilə oxşar olmasıdır.

Oyunçular onsuz da turnir qaydalarına görə bu nömrəni seçə bilməyəcəkdilər, lakin azarkeşlərin 44 nömrəli formanı sifariş etmək imkanı var idi. Bununla belə, "Adidas" azarkeşlər üçün də 44 nömrəliforma istehsal olunmasını qadağan edib. 

Xatırladaq ki, Almaniya millisi Avro-2024-də A qrupunda mübarizə aparacaq. Yulian Naqelsmannın komandasının rəqibləri Şotlandiya, Macarıstan və İsveçrə milliləri olacaq. Turnir iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin