Kadir İnanırın reanimasiyada müalicəsi başa çatdı

17:50 - 1 Aprel 2024

Kadir İnanırın reanimasiyada müalicəsi başa çatdı

Türkiyəli usta aktyor Kadir İnanırın son vəziyyəti ilə bağlı şad xəbər verilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ümraniye Təhsil və Araşdırma Xəstəxanası Baş Həkimi Prof. Dr. Necdet Sağlam sənətçinin vəziyyəti ilə bağlı açıqlama verib.

Sağlam açıqlamasında İnanırın reanimasiya prosesinin tamamlandığını və xidmətə aparıldığını bildirib. Həkim sənətçinin müalicəsinin nevrologiya xidmətində davam edəcəyini qeyd edib.

Qeyd edək ki, sənətçi martın 24-də səhər saatlarında beynindəki laxtalanma nəticəsində insult keçirib. İnanır Ümraniye Təhsil və Araşdırma Xəstəxanasında reanimasiyaya aparılaraq intubasiya edilib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin