Bu gün "Neftçi” yarımfinalda “Qarabağ”ı qəbul edəcək - Azərbaycan Kuboku

10:04 - 2 Aprel 2024

Bu gün

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək.

 

Manset.az xəbər verir ki, ilk olaraq “Neftçi” “Qarabağ”ı qəbul edəcək.

“Neftçi Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar indiyədək bu turnirdə 21 dəfə üz-üzə gəliblər. Bunların 10-da Ağdam təmsilçisi, 5-də paytaxt klubu qələbəyə sevinib, 6 matçda heç-heçə qeydə alınıb.

“Köhlən atlar” ölkə kubokundakı son 5 görüşdə rəqibinə uduzmayıb, “Neftçi” isə axırıncı 3 oyunda qol vurmayıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin “Zirə” - “Qəbələ” dueli aprelin 3-də baş tutacaq. Hər iki cavab qarşılaşması aprelin 24-də keçiriləcək.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin