“Crocus City Hall”da terror aktı törədənin atası onun İŞİD-lə əlaqəsindən danışdı - FOTO/VİDEO

11:52 - 2 Aprel 2024

“Crocus City Hall”da terror aktı törədənin atası onun İŞİD-lə əlaqəsindən danışdı - FOTO/VİDEO

“Crocus City Hall”da terror aktını törədənlərdən biri Dalerjon Mirzoyevin atası oğlunun dindar olmadığını deyib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, o, həmçinin qeyd edib ki, hücumdan iki gün əvvəl, martın 20-də Mirzoyev anasına zəng edərək müvəqqəti qeydiyyatda olduğu Novosibirskdə iş tapmadığı üçün Tacikistana qayıtmağa hazırlaşdığını bildirib.

ABŞ öz müttəfiqlərini inandırmağa çalışır ki, “Crocus City Hall”da törədilən terror aktının arxasında İŞİD-in Əfqanıstan qolu dayanır. Eyni zamanda terrorçu Mirzoyevin atası oğlunun namazı “istədiyi vaxt”larda qıldığını və hətta Quran oxumadığını nəzərə çatdırıb.

Xatırladaq ki, martın 22-də Dalerjon Mirzoyev üç terrorçu ilə birlikdə avtomobillə “Crocus”a yaxınlaşıb və elə dayanacaqdan insanlara atəş açmağa başlayıb. Binada olduğu 15 dəqiqə ərzində o, digər cinayətkarlarla birlikdə onlarla insanı güllələyib. Konsert zalının yandırılmasından sonra isə ətrafı gəzərək bıçaqla yaralılara hücum edib.

 

 


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin