İctimai nəqliyyatda cibgirlik edən şəxslər saxlanılıblar - VİDEO

16:43 - 2 Aprel 2024

İctimai nəqliyyatda cibgirlik edən şəxslər saxlanılıblar - VİDEO

Bakının Sabunçu, Suraxanı və digər rayonlarında polisin keçirdiyi tədbirlərlə ictimai nəqliyyatda cibgirlik edən əvvəllər məhkum olunmuş Emil Məmmədov və Rövşən İsmayılov saxlanılıblar.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu şəxslərin avtobuslarda sərnişinlərin pul, mobil telefon və digər qiymətli əşyalarını taladıqları müəyyən edilib.

Saxlanılanların avtobuslarda törətdikləri hadisələrin bir neçəsi müşahidə kameraları vasitəsilə qeydə alınıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

E.Məmmədov və R.İsmayılovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin