Azərbaycan pəhləvanı bir neçə dünya rekorduna imza atdı

19:01 - 2 Aprel 2024

Azərbaycan pəhləvanı bir neçə dünya rekorduna imza atdı

Azərbaycan pəhləvanı Vüsal Cavadov dünya rekordlarına imza atıb.

 

Manset.az  xəbər verir ki, o, bir sıra dünya rekordlarını yeniləyib.

Tədbir Gənclər və İdman Nazirliyinin binasının qarşısıda baş tutub.

Cavadov ilk olaraq yalın ayaqla şüşə qırıntıları üzərində dayanıb və iplə çəki daşlarına bağlı bıçağı əli ilə tutaraq qolları horizontal vəziyyətdə havada saxlayıb. İkinci hərəkətdə çəki daşına bağlı vəziyyətdə mətbəx bıçağını dişlə yerdən qaldırıb. Üçüncü hərəkətdə isə kəndirə bağlı vəziyyətdə mətbəx bıçağını dişləri ilə tutaraq "Jeep" markalı avtomobil dartıb.

Prosesi qeydə almaq üçün Azərbaycana gələn Dünya Rekordlar Federasiyasının nümayəndələri bunu təsdiqləyiblər.

Pəhləvanı idman ictimaiyyətinin nümayəndələri, nazirliyin rəsmiləri və media üzvləri izləyiblər.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin