logo
logo logo
logo

"Təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir" - Emin Əmrullayev 

11:00 - 05 Oktyabr 2026

\"Təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir\" - Emin Əmrullayev 

Təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir.


Manset.az report-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Daha təhsilli gələcək" devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda deyib.

O bildirib ki, ölkədə təhsilin keyfiyyətli olması üçün işlər aparılır:

"PİSA nəticələrinə əsasən, Bakıda vəziyyət əvvəlki dövrlə müqayisədə daha yaxşıdır. Burada, əlbəttə ki, müəllimlərin əziyyəti var".

Nazir vurğulayıb ki, təhsildə vacib məqamlardan biri də öyrənmədir:

"Təhsilin bütün mahiyyəti şagirdlə bağlıdır. Onların öyrənib-öyrənməməsi maraqlıdır. Şagirdləri kənarda qoyub, özümüzü müzakirə etməməliyik".

E.Əmrullayev əlavə edib ki, ötən illər ərzində müəllimlərin işi azalmayıb, əksinə artıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az