logo
logo logo
logo

"Xəzər" TV 19 yaşını qeyd edir  

11:19 - 05 Oktyabr 2026

\"Xəzər\" TV 19 yaşını qeyd edir  

Azərbaycanın televiziya məkanında xüsusi yeri olan "Xəzər" TV-nin fəaliyyətə başlamasından 19 il ötür.


"Xəzər" TV 2007-ci il oktyabrın 5-də fəaliyyətə başlayıb. Kanalda cari xəbər verilişləri ilə yanaşı, analitik, ictimai-siyasi, sosial, musiqili, intellektual, əyləncəli və sənədli verilişlər də yayımlanır.

"Xəzər" TV komandasının prioriteti yayımı müasir çağırışlara və informasiya-kommunikasiya texnologiyalarının inkişaf tələblərinə cavab verən formatda təşkil etməkdir. Bu məqsədlə kanal təkcə yerli deyil, həm də beynəlxalq mütəxəssisləri cəlb edir.

Qeyd edək ki, Murad Dadaşov 2020-ci il martın 5-dən "Xəzər" TV MMC-nin baş direktoru vəzifəsində çalışır.

Manset.az kollektivi "Xəzər" TV-dəki həmkarlarını təbrik edir, onlara uğurlar arzulayır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az