"Ukrayna NATO-nun üzvü olacaq" - Stoltenberq

14:21 - 03 Aprel 2024

\"Ukrayna NATO-nun üzvü olacaq\" - Stoltenberq

"Ukrayna NATO-nun üzvü olacaq."

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Alyansın XİN rəhbərlərinin iclasından əvvəl mediaya açıqlamasında deyib.

O deyib ki, üzvlük məslsəində qaldırılacaq sual "əgər" deyil "nə zaman"dır.

"Moskva anlamalıdır ki, o, döyüş meydanında məqsədlərinə nail ola bilməyəcək".

NATO Baş katibi əlavə edib ki, aprelin 4-də NATO-Ukrayna Şurasının iclası keçiriləcək. "İclasda Ukrayna xarici işlər naziri Dmitri Kuleba çıxış edəcək və biz hazırkı situasiyanı, Ukraynanın indiki və gələcək ehtiyaclarını müzakirə edəcəyik. Biz Ukraynanın NATO-ya və onun standartlarına daha da yaxınlaşması istiqamətində bu ölkəyə satınalmalardan tutmuş logistikaya qədər müxtəlif sahələrdə kömək edirik".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az