Aprel şəhidlərinin məzarları ziyarət olundu - FOTOLAR

14:35 - 3 Aprel 2024

Aprel şəhidlərinin məzarları ziyarət olundu - FOTOLAR

Aprel döyüşləri zamanı şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı, polkovnik – leytenant Mirzəyev Murad Telman oğlu, baş leytenant Novruzov Mirzə Səlvər oğlu, Hacıağayev Cabbarxan İlham oğlu  və əsgər Quliyev Mahir Qadir oğlunun məzarları Aprel döyüşlərinin ildönümü münasibətilə ziyarət olunub.

 

Manset.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon Bələdiyyəsinin sədri Tahir Məmmədov, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edib, önlərinə tər güllər düzüb, ruhlarına dualar oxuyublar.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Sərəncamlarına əsasən şəhid Mirzəyev Murad Telman oğlu sağlığında "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)", yubiley medalları və "Qızıl Ulduz" medalı  təltif edilib, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Şəhid Novruzov Mirzə Səlvər oğlu şəhadətindən sonra “Vətən uğrunda” medalı ilə, Şəhid Hacıağayev Cabbarxan İlham oğlu şəhadətindən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı, Şəhid Quliyev Mahir Qadir oğlu da şəhadətindən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin