Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 2026-cı ildə insanlı Artemis III missiyası ilə Ayın səthinə tərə, mərci və brassica bitkiləri əkəcək.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu yolla gələcəkdə Ay koloniyalarında bitkilərin yetişdirilə biləcəyi yoxlanılacaq.
Bitkilər böyümə kamerası adlanan kamerada yetişdiriləcək. Astronavtlar bitkilərin ekstremal radiasiyadan, günəş radiasiyasından qoruyarkən böyüməsini izləyəcəklər.
Hər üç seçilmiş bitkinin Yer kürəsinin hüdudlarından kənarda insan koloniyalarının yaradılmasında mühüm rol oynaya biləcəyinə ümid edilir.
Əfsanə Rəcəb
Manşet.az