Hindistanın cənubundakı Telanqana əyalətindəki kimya zavodunda güclü partlayış baş verib.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, reaktorun partlayışı zamanı binada 50-yə yaxın insan olub.
İlkin məlumata görə, azı 5 nəfər həlak olub, 10 nəfər dağıntılar altında qalıb. Ölü və yaralı sayının artacağı istisna edilmir.
Stansiyada daha bir reaktorun partlama ehtimalı var.
Yaxınlıqdakı ərazilərdən insanlar təxliyə edilir.