Los-Anceles tarixindəki ən böyük soyğunlardan birində oğrular Pasxa günü San Fernando vadisindəki pul anbarına basqın edərək təxminən 30 milyon dollar oğurlayıblar.
Manset.az xəbər verir ki, bu barədə Los-Anceles polisinin nümayəndəsi bildirib.
Los-Anceles Polis Departamentinin rəhbərinin sözlərinə görə, oğurluq martın 31-də axşam saatlarında bölgədəki müəssisələrdə nağd pulların emal edildiyi və saxlanıldığı Silmarda baş verib.
Mənbənin sözlərinə görə, quldurlar həm binaya daxil ola bilib, həm də pulun saxlandığı seyfi sındırıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları vurğulayıblar ki, oğurluq şəhərin tarixində nağd pulla bağlı ən böyük oğurluqlardan biri olub və məbləğ şəhərdəki bütün zirehli avtomobillərdən edilən oğurluqlarını üstələyib.
Jalə
Manşet.az