Məşhur futbolçunun keçmiş həyat yoldaşı intihara cəhd etdi - FOTO

07:46 - 13 Aprel 2024

Məşhur futbolçunun keçmiş həyat yoldaşı intihara cəhd etdi - FOTO

Məşhur futbolçu Emre Aşığın keçmiş həyat yoldaşı Yağmur Sarnıç intihara cəhd edib.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, Yağmur Sarnıç sosial media hesabında paylaşım edərək uşaqlarını görə bilmədiyi üçün intihar edəcəyini açıqlayıb.

Onun Beylikdüzü Kavaklı səmtindəki evinə gedən polis qrupları qadının həddindən artıq antidepresant dərman qəbul edərək intihara cəhd etdiyini müəyyənləşdirib. Hadisə yerinə gələn tibb qruplarının göstərdiyi ilk tibbi yardımdan sonra Sarnıç ehtiyat tədbiri olaraq Beylikdüzü Dövlət Xəstəxanasına aparılıb.

Yağmur Sarnıçın həyatının təhlükədə olmadığı açıqlanıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin