Narkotiklə tutulan şəxs axund imiş - FOTO

10:54 - 13 Aprel 2024

Narkotiklə tutulan şəxs axund imiş - FOTO

Neçtçalada qanunsuz narkotik dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

DİN-in mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, saxlanılan Samid Salamovdan 35 büküm metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir ədəd elektron tərəzi aşkar edilib.

Bakupost.az saytının yaydığı məlumata görə isə Samid Salamov Neftçaladakı mədrəsədə axund kimi çalışıb. O, rayonda Kərbəlayi Samid kimi tanınır. S.Salamov Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təltif edilib.

Faktla bağlı araşdırma davam edir. 



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin