ABŞ-yə pul köçürmələri bu qədər azalıb

13:49 - 13 Aprel 2024

ABŞ-yə pul köçürmələri bu qədər azalıb

2023-cü ildə Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) 54,8 milyon ABŞ dolları pul köçürülüb.

 

Manset.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 2,4 dəfə azdır.

Hesabat dövründə Azərbaycandan ABŞ-a pul köçürmələrinin ümumi köçürmələrdə payı 20,6 %-dan 10 %-ə düşüb.

Ötən il ABŞ-dan Azərbaycana isə 73,8 milyon ABŞ dolları pul köçürülüb. Bu isə əvvəlki ilə nisbətən 2,1 dəfə azdır.

İl ərzində ABŞ-dan Azərbaycana pul köçürmələrinin ümumi köçürmələrdə payı 4,3 %-dən 4,5 %-ə çatıb.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin