Donald Tramp şənbə günü İranın İsrailə hücumuna cavab olaraq 2018-ci ildə yazdığı tvitini yenidən yayımlayıb.
Manset.az Bizim.Mediaya istinadən xəbər verir ki, bu barədə xarici mətbuat yazıb.
“İran Prezidenti Ruhaniyə: Bir daha heç vaxt və heç vaxt ABŞ-ı təhdid etməyin, əks halda tarixdə çox az adamın yaşadığı kimi nəticələrə məruz qalacaqsınız. Biz artıq sizin zorakılıq və ölüm haqqında sərsəm sözlərinizə dözəcək ölkə deyilik. Ehtiyatlı ol!", deyə tvitdə bildirilir.