Azərbaycanda 49 kiloqram narkotik aşkarlandı

13:20 - 15 Aprel 2024

Azərbaycanda 49 kiloqram narkotik aşkarlandı

Polis əməkdaşları həftəsonu ölkə ərazisində 49 kiloqram narkotik aşkarlayıblar.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat tədbirləri ilə aprelin 13-də və 14-də ümumi çəkisi 49 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - beş kiloqrama yaxın heroin, 39 kiloqrama yaxın marixuana və beş kiloqrama yaxın metamfetamin olub.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin