Devid Bekhem fırıldaqçılara qarşı açdığı məhkəmədə sərvət qazandı

15:59 - 15 Aprel 2024

Devid Bekhem fırıldaqçılara qarşı açdığı məhkəmədə sərvət qazandı

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem saxta məhsullarını satan fırıldaqçılara qarşı açdığı məhkəmədə qalib gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bekhem 240 milyon funt sterlinqlik hüquqi mübarizədə sərvət qazanıb.

İş materiallarına görə, fırıldaqçılar Amazon, eBay və Etsy kimi saytlar vasitəsilə satış ediblər. Satılan məhsullara geyim, köynək, ayaqqabı, futbol topu, ətir, saç və bədən baxımı məhsulları, afişalar, video oyunlar, eynəklər, zinət əşyaları və saatlar daxildir.

Şikayətdə bildirilibdi ki, bu satışlar DBV-nin brendi üçün real təhlükə yaradır və biznesin davamlılığına təsir göstərir.

Bu, bilmədən onları satın alan şəxslərə və şirkətlərə də təsir edir.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin