Mahsun Kırmızıgül haqqında yayılan şayiələrə üsyan etdi

16:08 - 15 Aprel 2024

Mahsun Kırmızıgül haqqında yayılan şayiələrə üsyan etdi

Məşhur türkiyəli müğənni, aktyor və rejissor Mahsun Kırmızıgül sosial şəbəkədə yayılan "ölüm" xəbərinə üsyan edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kırmızıgül, sosial media hesabındakı paylaşımında, "Sadəcə klik almaq üçün sosial mediada “öldü” xəbəri vermək həqiqətən ayıbdır” deyib.

Müğənni paylaşımında “Dostlar, mən sağam və sağlamlığım da yerində. Gələn cümə günü səhnəyə çıxacağam. yıxılmadım, ayaqdayam” ifadələrindən istifadə edib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin