Su kanalından qumbara və pulemyot tapıldı - FOTO

13:47 - 17 Aprel 2024

Su kanalından qumbara və pulemyot tapıldı - FOTO

Zərdab Rayon Polis Şöbəsinə rayonun Hüseynxanlı kəndi ərazisindən keçən su kanalından silah-sursat tapılması barədə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Manset.az-a verilən məlumata görə, məlumatla əlaqədar hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd pulemyot, daraq və 760 ədəd patron aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.



Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin