Yunanıstanın müdafiə naziri Nikos Dendias ölkəsinin İsraildəki Dəmir Qübbəyə bənzər hava hücumundan müdafiə sistemi qurmağı planlaşdırdığını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Dendias bu barədə Skai televiziyasına danışıb.
O, İsrailin keçən həftə İHA və İrandan gələn raket hücumlarına qarşı Dəmir Qübbəni müvəffəqiyyətlə istifadə etdiyini ifadə edərək, "Uktaunadakı müharibəni araşdırdıq və bir hava müdafiə sisteminin inkişaf etdirilməsinin zəruri olduğuna qərar verdik" deyib.
Yunanıstanın bu sahədə vaxt itirdiyini qeyd edən Dendias Türkiyənin İHA-larda böyük irəliləyiş əldə etdiyini də bildirib.
Əfsanə Rəcəb
Manşet.az