İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü saxlanıldı - VİDEO

17:46 - 17 Aprel 2024

İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü saxlanıldı - VİDEO

Binəqədi RPİ Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1982-ci il təvəllüdlü Səfərov Ramil saxlanılıb.

 

Bu barədə Manset.az Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Onun üzərindən 3 kiloqramdan çox tərkibi psixotrop maddələlərlə zənginləşdirilən marixuana aşkarlanıb. R.Səfərov narkotik vasitəni sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının göstərişi ilə əvvəlcədən müəyyənləşdirilən məkandan satış məqsədilə götürdüyünü bildirib.

R.Səfərovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin