İranlının narkokuryerliyə cəlb etdiyi dəstə üzvü ələ keçdi - VİDEO

20:41 - 17 Aprel 2024

İranlının narkokuryerliyə cəlb etdiyi dəstə üzvü ələ keçdi - VİDEO

Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1982-ci il təvəllüdlü Ramil Səfərov saxlanılıb.

 

Manset.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ramil Səfərovun üzərindən üç kiloqramdan çox tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb. R.Səfərov narkotik vasitəni sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının göstərişi ilə əvvəlcədən müəyyənləşdirilən məkandan satış məqsədilə götürdüyünü bildirib.

R.Səfərovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin