Türk şirkətinə olan elektrik borcunu ödəyə bilməyən bu ölkə qaranlığa qərq oldu

16:12 - 19 Aprel 2024

Türk şirkətinə olan elektrik borcunu ödəyə bilməyən bu ölkə qaranlığa qərq oldu

Türkiyənin “Karpowership” şirkəti və Fil Dişi Sahili elektrik şirkəti CLSG, Qərbi Afrika ölkələrindən biri olan Sierra Leonedə təxminən 48 milyon dollar məbləğində ödənilməmiş hesablara görə ölkənin paytaxtı Fritaun və digər şəhərlərdə elektrik enerjisini kəsib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, elektrik təminatçılarının təxminən 6 həftədir elektriki kəsdiyi öyrənilib.

“Karpowership”in verdiyi açıqlamada əsas xidmətlərin enerji ilə təmin olunması üçün ölkədə elektrik enerjisinin 60 meqavatdan 6 meqavata endirildiyi bildirilib.

Digər tərəfdən, CLSG-nin ölkənin cənub-şərqində yerləşən şəhərlərə təchizatını əhəmiyyətli dərəcədə azaldıb, 32 meqavatdan 10 meqavata çatdırdığı qeyd edilib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin