Bakıda 9-cu mərtəbədə köməksiz qalan uşaqlar xilas edildi - VİDEO

17:52 - 19 Aprel 2024

Bakıda 9-cu mərtəbədə köməksiz qalan uşaqlar xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

FHN-in Mətbuat xidmətindən Manset.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2013 və 2020-ci il təvəllüdlü azyaşlıları xilas ediblər.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin