Əfsanəvi alman pilotunun saatları rekord məbləğə satılır - FOTOLAR

14:37 - 22 Aprel 2024

Əfsanəvi alman pilotunun saatları rekord məbləğə satılır - FOTOLAR

Formula 1-in əfsanəvi alman pilotu Mixael Şumaxerin şəxsi saat kolleksiyası hərraca çıxarılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mayın 13-də İsveçrənin Cenevrə şəhərində hərraca çıxarılacaq səkkiz saatın ən azı 6 milyon avroya alıcı tapacağı gözlənilir.

Saatlar əvvəlcə Mayamidə keçiriləcək Qran Pridə nümayiş etdiriləcək.

Şumaxer 2013-cü ildə xizək sürərkən qəza keçirdikdən sonra tibbi yardım ilə yaşayır.

Şumaxerin bənzərsiz F.P. Journe Vagabondage 1 saatının 1,5-3 milyon avroya satılacağı gözlənilir.

Fərdiləşdirilmiş Audemars Piguet Royal Oak model saatı 400 min avro dəyərində qiymətləndirilir.

Əfsanə Rəcəb

Manşet.az

 



Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin