Kim Çen Inın bu addımı bölgəni qarışdıracaq

15:10 - 22 Aprel 2024

Kim Çen Inın bu addımı bölgəni qarışdıracaq

Raket sınaqları və prezident Kim Çen Inın açıqlamaları ilə tez-tez gündəmdə olan Şimali Koreya bu dəfə Yapon dənizinə doğru ballistik raket atıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yaponiya hökuməti raket haqqında məlumat toplamaq və zərəri qiymətləndirmək üçün böhran masası qurub.

Hadisə Cənubi Koreya tərəfindən təsdiqlənib. Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada Şimali Koreyanın naməlum tipli ballistik raket atdığı və ətraflı təhlil işlərinin davam etdiyi bildirilib.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin