Tesla bütün ölkələrdə avtomobillərin qiymətlərini endirdi

15:56 - 22 Aprel 2024

Tesla bütün ölkələrdə avtomobillərin qiymətlərini endirdi

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla birinci rübdə tədarüklərin azalmasından sonra dünya üzrə qiymətləri aşağı salıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlimatına görə, şirkətin Çində Model 3-ün başlanğıc qiymətini 14 000 yuan azaldaraq 231 900 yuana (32 000 dollar) endirdiyini bildirib.

Bloomberg HT-nin Reuters-dən verdiyi xəbərə görə, Almaniyada arxadan çəkişli Model 3 modelinin qiymətinin fevral ayından etibarən 42.990 Avrodan 40.990 Avroya (43.670,75 dollar) düşdüyü bildirilir.

Tesla sözçüsü bildirib ki, qiymət endirimləri Avropa, Yaxın Şərq və Afrikanın bir çox başqa ölkələrində də yaşanıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin