logo
logo logo
logo

Sumqayıtda kişi dərmandan zəhərlənib ÖLDÜ

23:42 - 03 İyul 2026

Sumqayıtda kişi dərmandan zəhərlənib ÖLDÜ

Sumqayıtda 48 yaşlı kişi dərmandan zəhərlənərək ölüb.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə 18-ci məhəllədə qeydə alınıb.

Belə ki, yaşadığı evdə dərman qəbul edən 1978-ci il təvəllüdlü Əhmədov Aslan Mustafa oğlu halı pisləşdiyi üçün zəhərlənmə diaqnozu ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

O, reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlərin göstərdiyi yardımlara baxmayaraq, ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az