logo
logo logo
logo

“Abşeron” sağlamlıq və istirahət mərkəzinin ərazisində aksiya - FOTOLAR

13:04 - 04 İyul 2026

“Abşeron” sağlamlıq və istirahət mərkəzinin ərazisində aksiya - FOTOLAR

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “Abşeron” sağlamlıq və istirahət mərkəzinin ərazisində abadlıq və yaşıllığın qorunması aksiyası keçirilib.


Manset.az xəbər verir ki, AHİK-in və üzv təşkilatlarının əməkdaşlarının iştirak etdiyi aksiya IDEA İctimai Birliyinin ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və ekoloji maarifləndirmə sahəsində reallaşdırdığı təşəbbüslərə töhfə vermək, sağlamlıq və istirahət mərkəzlərinin təbii mühitinin qorunması, qonaqlar üçün daha yaxşı şərait yaratmaq məqsədilə təşkil olunub.

Aksiya çərçivəsində sağlamlıq mərkəzinin ərazisində abadlıq işləri görülüb, yaşıllıq sahələrinə qulluq göstərilib.

Həmkarlar ittifaqları tərəfindən ətraf mühitin sağlamlaşdırılmasına töhfə verən sosial-ekoloji tədbirlər bundan sonra davam etdiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az