Azərbaycan diasporu ilə Moldova hakimiyyəti arasında müzakirələr

20:00 - 22 Aprel 2024

Azərbaycan diasporu ilə Moldova hakimiyyəti arasında müzakirələr

Moldova hakimiyyəti ilə Azərbaycan diasporu arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

 

Manset.az  xəbər verir ki, Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov Moldova Respublikası daxili işlər naziri Adrian Efros və Sərhəd Polisinin rəisi Ruslan Qaluşa ilə görüşündə bir sıra mühüm məsələlər toxunub.

Müzakirələr zamanı tərəflər Moldova ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi kontekstində Moldova hakimiyyəti ilə Azərbaycan diasporunun nümayəndələri arasında əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd ediblər.

Bundan əlavə, miqrasiya axınlarının idarə edilməsinin təkmilləşdirilməsi və bu sahədə qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması üçün mümkün həll yolları nəzərdən keçirilib.

Tərəflər, həmçinin insan hüquqlarına hörmətlə yanaşmanın, etnik mənşəyindən və vətəndaşlığından asılı olmayaraq bütün vətəndaşların fiziki və mənəvi toxunulmazlığının qorunmasının vacibliyini vurğulayıblar.

“Moldova hökumətinin Azərbaycan diasporuna göstərdiyi dialoqa açıqlıq və diqqət bizim üçün çox mühüm və dəyərlidir”, - deyə Elçin Bayramov qeyd edib.


Xəbər xətti

23 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin