Ölən borclusunun məzarını açıb meyiti yandırmağa çalışdı - “Bu gün ödəmə günün idi”

13:13 - 23 Aprel 2024

Ölən borclusunun məzarını açıb meyiti yandırmağa çalışdı - “Bu gün ödəmə günün idi”

Türkiyənin Aksaray şəhərində 8 gün əvvəl tüfənglə həyatına son qoyan borclusunun ödəmə günü məzarına gedən gedən şəxs, qəbri qismən açaraq yandırıb və həmin anları sosial media hesabından canlı yayımlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, şübhəli qəbri tamamilə açmağa hazırlaşarkən gözətçi və polis qrupları tərəfindən yaxalanıb.

Hücum edən şəxs "Bu gün mənə pul ödəməli idin. Mənə pul vermək əvəzinə ölməyi seçdin" deyərək, mərhumu təhqir edib.

Beləki, hadisə aprelin 20-də Ərvah qəbiristanlığında baş verib. Aksarayda 8 gün əvvəl çobanlar tərəfindən ölü tapılan 40 yaşlı Abdullah Kösenin polisin araşdırmalarından sonra intihar etdiyi müəyyənləşib.

Mərhuma təqribən 400 min lirə (təxminən, 21 min AZN) borc verən Ələddin Y. Abdullah Kösenin ölümündən sonra pulu ala bilmədiyi üçün ödəniş günü, yəni aprelin 20-si axşam saatlarında onun məzarına gedib.

Qəbiristanlıqda əvvəlcə mərhumun məzarı ilə danışmağa başlayan Ələddin Y. sosial şəbəkədə canlı yayım açaraq “Qaçmaq o qədər də asan deyil, səni yerin altında yandıracağam” deyib.

Bütün etdiklərini canlı yayımda göstərən və məzarın bir hissəsini açan Ələddin Y. daha sonra məzara yanar maddə tökərək yandırıb.

Əfsanə Rəcəb

Manşet.az

 

 



Xəbər xətti

24 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin