İkardidən "23 Aprel" paylaşımı - FOTO

18:00 - 23 Aprel 2024

İkardidən

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi aprelin 23-də Superkubok matçında çıxış edən "Fənərbaxça"nın U19 komandasının futbolçuları ilə çəkdirdiyi şəklini paylaşıb.

 

Bu barədə Manset.az Türkiyə mediasına istinadən xəbər verir.

O, paylaşımında Mustafa Kamal Atatürkün "Uşaqlar gələcəyimizin təminatı və həyat sevincimizdir. Bu günün uşaqlarını sabahın böyükləri kimi böyütmək insanlıq olaraq bizim borcumuzdur" sözlərini qeyd edib.

Qeyd edək ki, 23 aprel Türkiyədə Milli Suverenlik və Uşaq Bayramıdır.

Jalə

Manşet.az



Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin