HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə

15:20 - 25 Aprel 2024

HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə

“İsrail 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılmasına razılıq verərsə, HƏMAS silahı yerə qoyacaq”.

 

Manset.az xəbər verir ki, bu sözləri HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Xayya deyib.

“İki dövlətin yaradılması ilə bağlı qərar reallaşarsa, biz silahımızı yerə qoyacağıq”, - deyə o bildirib.

Xəlil əl-Xayya, həmçinin əlavə edib ki, müqavimət hərəkatı İsraillə beş-altı il müddətinə barışıq bağlamağa, silahlardan imtina etməyə və siyasi partiyaya çevrilməyə hazırdır.

Eyni zamanda, o, münaqişənin həll olunacağı təqdirdə Qüdsün kimə məxsus olacağı ilə bağlı fikir bildirməyib.

Qeyd edək ki, Qüdsün statusu ilə bağlı məsələ Fələstin-İsrail münaqişəsinin başlanmasının əsas səbəblərindən biridir.


Xəbər xətti

23 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin