Kanalda batan 13 yaşlı uşağın axtarışları davam edir - VİDEO

18:34 - 26 Aprel 2024

Kanalda batan 13 yaşlı uşağın axtarışları davam edir - VİDEO

Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri tərəfindən davam etdirilir.

 

Manset.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, hazırda yeniyetmənin batdığı ehtimal edilən istiqamətlər üzrə, o cümlədən kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində axtarışlar intensiv şəkildə həyata keçirilir.

Əlavə məlumat veriləcək.


Xəbər xətti

25 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin