Ukrayna Rusiya ilə barışıqdan bu şərtlərə görə imtina edib - KİV

12:01 - 27 Aprel 2024

Ukrayna Rusiya ilə barışıqdan bu şərtlərə görə imtina edib - KİV

"Ukrayna 2022-ci ildə İstanbulda keçirilən danışıqlar zamanı Moskva tərəfindən rus dili ilə bağlı irəli sürülən tələblərə görə sülh sazişi imzalamaqdan imtina edib”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Die Welt” qəzeti yayıb. 

Sözügedən sülh sazişinin layihəsi ilə tanış olduğunu iddia edən qəzet yazır ki, İstanbuldakı sammitdən sonra Rusiya rus dilinin Ukraynada ikinci dövlət dili olması ilə bağlı şərt irəli sürüb:

“Lakin Kiyev bununla razılaşmayıb. Bununla yanaşı, Ukrayna Rusiyanın qarşılıqlı sanksiyaların ləğv edilməsi və beynəlxalq məhkəmələrdəki iddialara xitam verilməsi tələblərini də qəbul etməyib”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin fevralda amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib ki, Rusiya Ukrayna ilə bağlı dialoqdan heç vaxt imtina etməyib, lakin İstanbulda danışıqlar başa çatdıqdan sonra ilk addımı atmaq niyyətində deyil.


Xəbər xətti

25 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin