Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO

20:30 - 28 Aprel 2024

Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO

Çində texnologiyanın humanoid möcüzəsi nümayiş olunub. Süni intellektə malik yeni robot süfrə qurmağı, sendviç hazırlamağı, paltar ütüləməyi, otağı tozsoranla təmizləməyi, şəkil çəkməyi, çiçək sulamağı və s. bacarır.

 

Manset.az Milli.az-a istinadən xəbər verir ki, bu barədə "Astribot S1" şirkətindən xəbər verilib.

Bildirilib ki, insanabənzər robot inkişaf etmiş motor bacarıqları olan ətraflara malikdir. Onun qolları 10 m/san sürətlə hərəkət etməyə və 10 kiloqrama qədər olan yükləri qaldırmağa qadirdir.

Bununla əlaqədar paylaşılan videoda "S1"in insan hərəkətlərini nə qədər dəqiq təqlid etdiyi göstərilir. Şirkət onun inkişafına təxminən bir il sərf edib.
"Astribot" iddia edir ki, insanabənzər robot 2024-cü ilin sonuna qədər satışa çıxmalıdır.


Xəbər xətti

14 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin