Bakıda xadimə mənzildən 60 min manat dəyərində qızıl-zinət əşyaları oğurladı

11:23 - 29 Aprel 2024

Bakıda xadimə mənzildən 60 min manat dəyərində qızıl-zinət əşyaları oğurladı

Nizami rayonu ərazisində mənzillərin birindən 60 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluğun həmin evdə xadimə işləyən qadın tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o saxlanılıb.

Onun həmin qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda evdən hissə-hissə oğurlaması məlum olub. 

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb.


Xəbər xətti

13 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin