Bağırov körpüsündə son vəziyyət - VİDEO
22 Oktyabr 2024
14:59 - 29 Aprel 2024
23 yaşlı gözəllik kraliçası Lendi Parraqa Ekvadroda silahlı hücuma məruz qalıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Los Rios əyalətini təmsil edən və 2022-ci ildə "Miss Ekvador" yarışmasına qatılan Lendi Parraqa aldığı güllə yaralarından yerindəcə keçinib.
Qan donduran qətldən sonra Ekvador Prokurorluğu dəlil toplamaq və sui-qəsdin arxasında duranları tapmaq üçün araşdırmalara başlayıb. Çoxsaylı həbslərə səbəb olan mütəşəkkil cinayət strukturunun istintaqı davam edən "Metastaz" davasında gözəllik kraliçasının adının da hallandığı məlum olub.
Qeyd edək ki, ölən narkotik alverçisi Leandro Norero və gözəllik kraliçasının çirkli pulların yuyulması ittihamı ilə əlaqəli olduğu deyilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin