İsrailli nazir motosiklet sürərkən ayağını sındırdı

23:24 - 29 Aprel 2024

İsrailli nazir motosiklet sürərkən ayağını sındırdı

İsrailin Fövqəladə Müharibə Kabinetinin naziri Benni Qantz Qəzza zolağı yaxınlığında motosiklet sürərkən ayağını sındırıb.

 

Manset.az xəbər verir ki, bu barədə “Ynet” agentliyi məlumat yayıb.

“Nazir Benni Qantz bu səhər motosiklet sürərkən ayağını yaralayıb və tibbi müayinədən sonra ayağının sınıq olduğunu bildirib. Hazırda nazir Tel-a-Şomerdəki Mora xəstəxanasında müalicə alır və müayinələrdən keçir. Bundan sonra onun evə buraxılacağı gözlənilir”, - materialda qeyd edilir.


Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin