"Albaniyaya qayıtmağı düşünmürəm" - “Qarabağ”ın legioneri

13:58 - 30 Aprel 2024

\"Albaniyaya qayıtmağı düşünmürəm\" - “Qarabağ”ın legioneri

“Qarabağ”ın albaniyalı futbolçusu Redon Cica karyerasını ölkəsində davam etdirəcəyi ilə bağlı iddialara aydınlıq gətirib.



Manset.az Bizim.Mediaya istinadən xəbər verir ki, bu barədə Albaniya mətbuatı məlumat yayıb.

Xəbərdə 26 yaşlı hücumçunun vətəninə qayıtmağı düşünmədiyi bildirilib.

“Yanvar ayında da bu cür xəbərlər çıxmışdı və mən təkzib etmişdim. Yenə deyirəm ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. “Tirana”da oynayanda meydana çıxıb özümü sübut etmək istəyirdim. İndi isə məqsədim Albaniyada oynamaq deyil”.
Qeyd edək ki, Redon Cica 2023-cü ilin yanvar ayından “Qarabağ”da çıxış edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az