Müəllimlərin vakansiya seçimi BAŞA ÇATDI

17:35 - 30 Aprel 2024

Müəllimlərin vakansiya seçimi BAŞA ÇATDI

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsi yekunlaşıb.
 

Elm və Təhsil Nazirliyindən Manset.az-a verilən məlumata görə, vakansiya seçimi üçün elektron sistem 23-29 aprel tarixlərində aktiv olub.

Vakansiya seçiminə müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş müəllimlər buraxılıblar.

Hər bir müəllimə 4 vakant yer seçməyə icazə verilib. Nəticələrin yaxın günlərdə açıqlanacağı gözlənilir.

Xatırladaq ki, 17–19 aprel tarixlərində keçirilmiş vakansiya seçimi mərhələsində 14 nəfər şəhid ailəsinin üzvü olan müəllim iş yerini dəyişdirmək imkanı qazanıb.


Xəbər xətti

21 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin