İsrailin baş naziri Benyamin Netanyahu milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə fələstinlilərin sığındığı Rəfaha qurudan hücum ediləcəyini vəd edib. Bu bəyanatla ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir çıxış edib.
Manset.az-ın məlumatına görə, Ben-Qvir X sosial media platformasındakı paylaşımında Netanyahu ilə onun xahişi ilə Rəfaha gözlənilən hücumla bağlı görüşdüyünü bildirib.
Ben-Qvir qeyd edib ki, Netanyahuya Rəfaha qurudan hücumun zəruriliyi ilə bağlı xəbərdarlıq edib. Baş nazir İsrailin Rəfaha girəcəyini və Qəzzaya hücumlarının bitməyəcəyinə söz verib.
Ben-Qvir Netanyahunun Rəfaha qurudan hücum olacağı ilə bağlı açıqlamalarını alqışladığını bildirib.
Jalə
Msnşet.az