İngiltərədə məktəbə hücum edildi

17:38 - 1 May 2024

İngiltərədə məktəbə hücum edildi

İngiltərənin Şeffild şəhərindəki “The Birley Academy” orta məktəbinə hücum olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hücumda 3 nəfər yaralanıb, 17 yaşlı gənc isə saxlanılıb. Hücum “kəskin cisim”lə həyata keçirilib.

Hadisə yerli vaxtla saat 08.50 radələrində baş verib.

Hücumun baş verdiyi məktəb və ətrafı polis tərəfindən mühasirəyə alınıb.

Şagirdlərin valideynləri ifadələrində bildiriblər ki, hadisə zamanı övladlarından sinif qapılarının bağlı olduğu və stolların altında gizləndikləri barədə mesaj gəlib.

Hadisə bitdikdən sonra uşaqların məktəbdən çıxarıldığı öyrənilib. Hadisə ilə bağlı araşdırma başlasa da, polis hücumda istifadə edilən kəsici-deşici əşya ilə bağlı açıqlama verməyib.

Əfsanə Rəcəb

Manşet.az

 

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin